Xocalısız 25 il
Məktəbimizdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər həyata keçirildi.O cümlədən “Bir yurd vardı-Xocalı” adlı bədii qiraət müsabiqəsi keçirildi.XX əsrin ən ağır faciəsi olan , Xocalı soyqırımına həsr olunmuş divar qəzetləri,foto-stendlər, guşələr hazırlandı.Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Xocalım-dərdim mənim” adlı ədəbi-bədii kompazisiya təşkil olundu.Həmin dövrün acı günlərinin canlı şahidləri olan müəllim heyəti şagirdlərə erməni qəsbkarlarının azğınlığı,ləyaqətsizliyi,törətdikləri vəhşiliklər barədə geniş danışaraq məlumat verdilər.Bundan əlavə “Xocalı faciəsi əsrimizin ən qanlı olayıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.Məktəbimizdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi təşkil olundu.26 Fevral 2017-ci il tarixdə məktəb rəhbərliyi şagirdlərimizin “Ana heykəl “ abidəsinə ziyarəti təşkil olundu.