Monitorinq
AZƏRBAYCAN DİLİ FƏNNİ ÜZRƏ MONİTORİNQ KEÇİRİLDİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin Keyfiyyətinə Nəzarət sektoru tərəfindən 29 fevral 2024-cü il tarixində məktəbin IV, VI,VII, VIII siniflərində Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.
Monitorinqin keçirilməsində məqsəd təhsilalanlarda fənn üzrə dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, o cümlədən, bilik bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi, tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.
Monitorinq məktəb rəhbərliyi və nəzarətçi müəllimlərin xüsusi nəzarəti altında keçirildi.