Masa ətrafı söhbət

Fevralın 27- də 296 nömrəli tam orta məktəbdə sertifikasiya imtahanında iştirak edəcək riyaziyyat və ingilis dili müəllimləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib. Görüşdə müəllimlərin imtahan qabağı psixoloji hazırlığı, imtahana hazırlıq səviyyələri barədə fikir mübadiləsi aparılıb. Həmçinin BŞTİ rəhbərliyinin müəllimlər və fənn birləşmə sədrlərinin iştirakı ilə keçirdiyi sertifikatlaşdırma ilə bağlı iclasda iştirak etmiş müəllimlərimiz iclasda səsləndirilmiş fikir və tövsiyələri öz həmkarları ilə bölüşüblər, Müəllimləri maraqlandıran suallar cavablandırılıb. Məktəb direktoru Vahid Muradov müəllimlərə qarşıdakı imtahanda uğurlar arzulayıb və bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələcəklərinə əmin olduğunu ifadə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi