Xoş gəlmisən, Bahar!

17.03.2023 cü il tarixdə Novruz bayramı münasibətilə məktəbimizdə "Xoş gəlmisən, Bahar!" adlı tədbir keçirildi. 

Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş məktəbimizin şəhid məzunları Emil Şamilov , Orxan Qasımov və ikinci Qarabağ şəhidlərinin hər birinin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Ali Baş Komandanımızın güclü siyasəti nəticəsində Azərbaycan Xalqının Novruz bayramını artıq 28 ildən sonra Şuşada qeyd etməsi haqda danışıldı. Elə bu fikirdən sonra Prezidentimizin Şuşadan xalqımızı Novruz bayramı münasibətilə təbrik etdiyi kadrlara birlikdə tamaşa edildi.

Məktəbin musiqi müəllimi Süleymanova Aygülün təşkilatçılığı ilə keçirilən tədbirdə 5-11-ci sinif şagirdləri fəal iştirak edərək baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, kollektiv və fərdi olaraq musiqilər ifa etmiş, maraqlı səhnəciklər, rəqslər , "Dəli Kür" filmindən Novruz fraqmenti, Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasından " Vəli və Tellinin" dueti, "O olmasın, bu olsun" operettasından "Məşədi İbad, Gülnaz və Sənəmin" triosunu nümayiş etdirdilər. Eyni zamanda qədim milli adət ənənələrimiz şagirdlərimizin çıxışında səhnəciklər şəklində səsləndirilib,haxışdalar söylənilib. Məktəbimizin istedadlı şagirdlərinin ifasında qədim musiqi alətlərimiz olan sazın, tarın ifasında musiqi parçaları ifa olunub. Qədim mətbəximiz olan Göy kətəsi şagirdlərimizin köməyi ilə hazırlanıbdır.

Novruzun rəmzi sayılan Kosa, Keçəl, Bahar qızının çıxış və rəqsləri maraqla izlənildi. 

Aygül müəllimə tədbirdə məktəbimizin idmançı şagirdlərini də unutmamış, onlar "Cəngi" rəqsinin sədaları altında qədim idman növü olan "Güləş" üzrə bir- biriləri ilə igidcəsinə güləşmişdilər.

Bayram şənliyi sonda qızlarımızın və oğlanlarımızın birlikdə ifa etdikləri "Cəngi" rəqsi ilə başa çatıb.

https://fb.watch/jnUs0DeBsL/

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi