IX"A" Hesabat İclası

16.02.2023 cü il tarixində 296 nömrəli tam orta məktəbin IX "A" sinfində Sinif Hesabat İclası keçirilib. İclasın həyata keçirilməsini sinif rəhbəri Süleymanova Aygül təşkil etmişdir. İclasda məqsəd sagirdlər ilə yanaşı valideynlərə də şagirdlərin birinci yarimil müddətində ümumi dərsdə göstərdikləri bilik səviyyələrini müzakirə etmək və onların BŞTİ tərəfindən aparılan monitorinqin nəticələri haqqında valideynləri də təlimatlandırmaq idi. Eyni zamanda şagirdlərin gündəlik məktəbə davamiyyəti, təlimləri ilə yanaşı tərbiyə xarakterli mövzular da iclasda yer almışdır. Sinif rəhbəri Aygül müəllimə Buraxılış imtahanı olacaq Riyaziyyat, Azərbaycan dili və Xarici dil fənn müəllimlərini də iclasa dəvət etmişdir. Məqsəd şagirdlərin bilik naliyiyyətləri ilə valideynləri yaxından tanış etmək idi. İclas zamanı müəllimlər valideynləri narahat edən sualların hər birini cavablandırdı.

Valideynlər sonda belə bir iclasın keçirilməsi üçün sinif rəhbəri Aygül müəlliməyə və məktəb rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi