Şəhid Xudayar Yusifzadə adına sinif otağı (9A)

296 nömrəli tam orta məktəbin 9"A" sinif rəhbəri Aygül Süleymanovanın başçılığı və təşkilatçılığı ilə bugün Şəhid Xudayar Yusifzadənin adına yüksək səviyyədə sinif tədbiri keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd 9A sinif otağına Şəhid Xudayar Yusifzadənin adının verilməsi idi. Şəhidimizin xatirəsini əbədiləşdirmək üçün onun adının xüsusilə Aygül müəllimənin rəhbəri olduğu 9A sinif otağına verilməsi fikrini məktəb rəhbərliyi irəli sürmüşdür. 

Tədbirdə məktəbin direktoru Vahid müəllim, təlim tərbiyə işləri üzrə direktor müavini Mahnur müəllim, tərbiyə işləri üzrə direktor müavini Jalə müəllim, tarix müəllimi Nübar müəllim, GHH müəllimi Zaur müəllim, rus dili müəllimi Sima müəllim və informatika müəllimi Aytən müəllimə böyük məmnuniyyətlə qonaq qismində iştirak etmişdir.

Tədbiri ilk öncə açıq elan etmək üçün Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlərin ifasında şeirlər səsləndirildi. Xudayar Yusifzadəyə həsr olunmuş səhnəciklər nümayiş etdirildi. 

Sonda tədbir Qələbə mahnısı ilə yüksək əhval-ruhiyyədə sonlandırıldı.

Tədbir haqqında müsbət fikirlərini məktəb direktoru Vahid müəllim sinif rəhbəri Aygül müəlliməyə və onun sinif şagirdlərinə çıxışında bildirib, onlara bu yolda daim uğur əldə etməklərini arzuladı.

#XudayarYusifzadə

#QarabağAzərbaycandır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi