18 Oktyabr Müstəqillik Günü

5ç sinfində musiqi dərsi 18 oktyabr Müstəqillik Gününə həsr olunmuşdur. Dərs dinləmədə təlim tərbiyə işləri üzrə direktor müavini Mahnur Cəfərova iştirak etmişdir. Musiqi müəllimi Aygül Süleymanova və 5ç sinif şagirdləri birlikdə  Azərbaycana həsr olunmuş bəstəkar mahnıları ifa etdilər. Eyni zamanda müəllim şagirdlərə müstəqilliyimizi necə  qazanmışıq mövzusunda ümumi məlumat verdi. Şagirdlərin də istəyini nəzərə alaraq "Xudayar təsnif" i ifa edildi. Sonda şagirdlərə "Gözün aydın olsun , Qarabağ" adlı vətənpərvər ruhlu mahnı dinlədildi. 

Dərsdə əsas məqsəd şagirdlərə Azərbaycanı sevdirmək, vətənimizin necə vətənpərvər igidləri olduğunu onlara musiqi dili ilə başa salmaq, eyni zamanda torpaqlarımızın necə səfalı, şəfalı, zəngin irsə malik olduğunu göstərmək və vətənpərvərlik mövzusunda yüksək emosiya qatmaq idi.

https//youtu.be/0G3BpmqtuZY

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi