Milli Dirçəliş Günü
Məktəbimizdə 15 Noyabr 2016-cı il tarixində “Dirçəliş Günü” ilə bağlı tədbir keçirildi.Tədbirdə yuxarı sinif şagirdləri və müəllimlər iştirak etdilər.Tərbiyə işlər üzrə direktor müavini Sabir Şahhüseyinov məruzə etdi .Məktəbin direktoru Vahid Muradov eyni zamanda tarix müəllimi kimi ətraflı məlumat verdi.Şagirdlərdən çıxış etdi 10-cu sinif şagirdi Hüseyinova Könül ,8-ci sinif şagirdləri Kənan və Şayəstə.17 noyabr 1992-ci ildə elan olunmuşdur. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.Azərbaycan xalqının özünüdərk həmrəylik hissi günü-gündən güclənir.Qeyd olundu ki, Azərbaycan Respublikasının memarı olan Ulu Öndərimiz Heydər Əliyev siyasəti bu gündə davam etdirilir.Bu günki Prezidentimiz cənab İlham Əliyev Azərbaycanımızın əbədi yaşaması üçün göz qabağında olan çoxsaylı quruculuq işləri aparır,hərbi qüdrətimiz günü-gündən güclənir. Azərbaycan Respublikası dünyada tanınan Cənubi Qafqazda lider dövlətə çevrilən bir dövlətdir. Buna görədə qeyd olundu ki,biz fəxrlə Azərbaycanda yaşayırıq və dövlətimizin əbədi yaşaması üçün bütün qüvvələrimizi səfərbər edirik.