Yol təhlükəsizliyi tədbiri
31 oktyabr 2016-cı il tarixdə məktəbimizdə “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” barədə tədbir keçirildi.Direktor müavini Sabir Şahhüseynov bu barədə fikirlərini belə ifadə etdi; Nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol qəzaları bütün dünyada insan həyatı üçün ən təhlükəli təhdidlər sırasında yer almaqdadır. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, hər il yol qəzalarında 1,2 milyon insan həlak olur.Ona görə də, yol hərəkəti qaydalarının şagirdlərə öyrədilməsi vacib şərtdir.Müəllimlərdən Səbirə Şükürova , Hicrət Rəcəbova və Aybəniz Məmmədova çıxışlarında qeyd etdilər ki, bu işdə valideynlər maariflənməli və uşağın məktəbə gətirilməsi və aparılması zamanı ciddi məsuliyyət daşımalıdırlar.