Şəhidlərimizi ehtiramla anırıq.

28_09_2021 ci il tarixində 296 nömrəli tam orta məktəbdə məktəbimizin Şəhidlik zirvəsinə ucalan Məzunları Orxan Qasımovun, Emil Şəmilovun, övladı məktəbimizin bu il birinci sinfinə qəbul edilmiş Azər Süleymanovun anım mərasimi keçirilmişdir.

44 günlük Vətən müharibəsində canlarını fəda etmiş gənclərimiz, igidlərimizin valideynləri və ailə üzvləri tədbirə qatıldı.

Onların xatirəsinə həsr olunmuş guşə hazırlanmışdır. Məktəbimizin şagirdləri, müəllim və rəhbər heyəti dərin hüznlə və ehtiramla şəhidlərimizi andılar. 

Kiçik şagirdlərimiz şəhidlərin şəninə şeirlər söylədi, mahnılar oxudular.

İdmançı- müəllim Emil Şəmilovun tələbələri onun haqqında təəssüratlarını bölüşdülər.

Tədbiri təşkil edən məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Sadıqovaya işlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi