Pedaqoji Şura İclası

İkinci yarım il qiymətləndirilməsi ilə bağlı 22.05.2021 ci il tarixində Microsoft Teams platforması üzərində Pedaqoji Şura iclası keçirilmişdir.

İclası məktəbimizin direktoru Vahid Muradov açmışdır. Və təhsil üçün nəzərdə tutulmuş yeni təlimatı müəllim kollektivinə təqdim etmişdir.

İclasda məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini Mahnur Cəfərova təlimatla bağlı müəllimləri maraqlandıran , narahat edən bütün mövzulara aydınlıq gətirərək onlara lazımi məlumatları vermişdir. İmtahanların əyani şəkildə keçirələciyinin vacib olduğunu müəllimlərə izah edib və xaricdə olan şagirdlərimizin pandemiya ilə əlaqədar gələ bilmədiklərini nəzərə alınıb onlardan imtahanı distant şəkildə götürələcəyi bildirilmişdir. 

Pandemiya ilə bağlı şagirdlərdən imtahan qrup şəklində , ara məsafəsi gözlənilməklə və imtahanlar arası tənəffüslərin verilməsi də müəllimlərə söylənilmişdir. 

Sonda bütün məktəb kollektivinə bu işdə uğur , möhkəm iradə arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi