Stressin idarə olunması

Stress hər kəsin həyatda qarşılaşdığı bir vəziyyətdir. Stresdən qaçmaq mümkün deyil, lakin onun öhdəsindən gəlmək mümkündür. Stressə yol açan, emosional gərginlik yaradan amillər şagirdlərin həyatından da yan keçmir. Bunun uzun müddət davam etməsi isə onların həm fiziki, həm də psixi sağlamlığına zərbə vurur. Belə hallarda psixoloji işin aparılması müsbət nəticə verir. Bu məqsədlə məktəbin psixoloqu Elnurə İsmayilova VIII sinif şagirdləri ilə teams üzərində online dərs təşkil etdi. Dərsdə şagirdlərə stressin idarə olunması, stressdən azad olmağın yolları haqqında geniş məlumat verdi. Mövzu ilə bağlı slaydlar nümayiş olundu. Sonda psixoloq şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi