QARABAĞ AZƏRBAYCANDIR

                   Məktəbimizdə şagirdlərimizin milli vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə onlarda vətən, yurd sevgisini əks etdirən “Qarabağ Azərbaycandır” adlı silsilə onlayn tədbirlər keçirilmişdir.

Bu gün biz şagirdlərimizin ifasında qələbə sevincimizi, ərazi bütövlüyümüzün bərpa edilməsinin fərəhini duyuran musiqiləri, şeirləri, çıxışları dinlədikcə onlarda olan vətən sevgisinin alovlarını gördük. Bununla bağlı şagirdlərimiz “Qarabağ Azərbaycandır” şüarı altında müxtəlif, gözəl layihələr hazırlamış, onları böyük fərəh və qürur hissi ilə təqdim etmişlər.

Bu onlayn tədbirlərdə hər bir şagird Qarabağ sevgisini, qələbə sevincini açıq-aydın göstərmişdir.

Bundan əlavə onlar bərpa olunan torpaqlarımız uğurunda canlarını fəda edən şəhidlərimizi, vətən uğurunda cəsarətlə döyüşən igidlərimizi xatırlamışlar. Şəhidlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad etmişdilər. Məktəbimizin şəhidlik zirvəsinə ucalan məzunları Orxan Qasımov və Emil Şəmilovun xatirəsinə həsr olunmuş xüsusi layihələr hazırlamışdılar. Onların və digər şagirdlərimizin ulu ruhu qarşısında baş əyərək sonsuz ehtiramlarını ifadə etmişdilər. Eyni zamanda bu qələbə sevincini bizə yaşadan döyüşçülərimizlə, şəhidlərimizlə yanaşı Ali Baş komandan İlham Əliyevə öz çıxışları vasitəsilə təşəkkürlərini bildirmişdilər.  

 

https://www.youtube.com/watch?v=8zF7NRDkUhg

https://www.youtube.com/watch?v=mpXgTTrPstc

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi