Xocalı soyqırımı
25 fevral 2020-ci il tarixində məktəbimizdə “Xocalı soyqırımı” na dair tədbir keçirildi.Tədbiri təşkilatçı Sabir Şahhüseynov açıq elan etdi və bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi. Sabir müəllim vurğuladı ki, Xocalı soyqırımının dəhşətli mənzərəsi belədir:613 nəfər öldürülmüşdür.(83 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca), 8 ailə tamamıilə məhv edeilmişdir, 1275 nəfər əsir götürülmüş, 487 nəfər yaralanmış və 150 nəfər itgin düşmüşdür. Məktəbin müəllimi Aygül Süleymanova qeyd etdi ki, bu qəsbkar,qaniçən ermənilər elə bir faciə törədiblər ki, bu faciənin analoqu olmayıb. Tarix müəllimi Nübar Əsgərova tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, vəhşi ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayət insanlığa yad olan vəhşilikdir. Şagirdlər şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər.