Beynəlxalq Ana Dili Günü

       21 fevral 2020-ci il tarixində məktəbimizdə “Beynəlxalq Ana Dili Günü” nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərləri, müəllimlər və şagirdlər iştirak etdilər.Təşkilatçı Sabir Şahhüseynov çıxış edərək qeyd etdi ki, “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”. Azərbaycan dili və ədəbiyyat müəllimləri Nübar İsmayılova, Ülkər Abbasova və Aynur Sadıqova vurğuladılar ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Əlavə olaraq qeyd etdilər ki, Azərbaycan dili haqqında qanun Müstəqil Azərbaycan Respublikasının Ulu Öndərinin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində öz əksini tapmışdır. Şagirdlər şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi