Açıq Dərs
2020-ci il 11 fevral məktəbimizin VIIIb sinifində keçirilən nümunəvi dərsdə - qlobal mövzu “Qarabağ müharibəsi orta məktəb şagirdlərinin gözü ilə” mövzusunda məktəb rəhbərliyi tərəfindən dinlənmişdi. Dərs proqramına uyğun olaraq 2-ci bölməni əhatə edərək 1,2,2,4,1,1,4,1,1, Ədəbiyyat 1,1,4, İnformatika 3,3,2, Az-dili 3,1,1.Resurslar isə xəritə, iş vərəqələri, əlavə tarixi vəsaitlər istifadə olunmuşdur. Əsas məqsəd – Qlobalların dünyada interaktivliyi qoruyub saxlamaq, şəxsiyyətyönümlü interaktiv məzmununa əsaslanan yeni təlim strategiyalarından istifadə etmək , təhsildə yeni yanaşma və bu yanaşmanın nəticəsi olaraq öhdəyə düşən vəzifəni layiqincə yerinə yetirmək hər bir tarix müəlliminin tədris etdiyi fənnə uyğun olaraq tədris resurslarından istifadə etməlidir və nümunəvi həyata keçirən Nüşabə Cəfərova dərsdə uğurlu nəticə əldə etmək üçün çoxsaylı sxem, praktik tapşırıq, sadədən mürəkkəbə, xüsusilə də məntiqi, bilik və bacarığının sinifdə zəif və güclü şagirdlərin ortaya çıxmasını, şagirdlərin potensial imkanlarının ortaya çıxmasına çalışmışdır. Müəllim qarşısına qoyduğu məqsədə çatmaq üçün düzgün araşdırma bacarığından istifadə edərək tədqiqat işini şagirdlərin sərbəst işləməsinə imkan yaratmışdır.