Açıq dərs
12 Fevral 2020-ci il tarixdə məktəbimizdə Azərbaycan dili və Ədəbiyyat müəllimi Sima Əfəndiyeva IX b- sinfində Azərbaycan dili fənni üzrə açıq dərsi keçirildi . Dərsin mövzusu ꞉ „ Oğlum Məhəmmədə nəsihət ” idi . Müəllim dərsi müasir dərsin tələblərinə uyğun şəkildə , kurikulum əsasında yaradıcı düşüncənin və istedadın inkişafını təmin edən faydalı metodlardan istifadə edərək qurmuşdur . Dərs sonadək dinlənildi. Müəllimin dərs zamanı istifadə etdiyi metod və üsullar bəyənildi . Müəllim trəfindən standartların düzgün seçilməsi, məqsədin standarta uyğunluğu , əlverişli forma və üsulların seçilməsi qənaətbəxş hesab edildi. Ümumiləşdirmə və nəticələrin şagirdlər tərəfindən tam reallaşdırılması müşahidə olundu. Dərs dinləmədə məktəbin direktoru Muradov Vahid, təlim-tərbiyə işləri üzrə direktor müavini Mahnur Cəfərova, tərbiyə işlər üzrə direktor müavini Şahhüseynov Sabir iştirak etmişdir. Dərs yaxşı qiymətləndirilmiş və nəzərə alınan kiçik nöqsanlar müzakirədə müəllimə bildirilmişdir.