Vətən Həsrəti
11 fevral 1992-ci il tarixində Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalı ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Məktəbin direktoru Vahid Muradov kəndlərin müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdi. Eyni zamanda bildirdi ki, Dağlıq Qarabağı qısa zamanda qəsbkar ermənilərdən azad edəcəyik. Məktəbin tərbiyə işləri üzrə direktor müavini, müharibə veteranı Sabir Şahhüseynov vurğuladı ki, Azərbaycan xalqı milli birlik və müstəqil dövlətçilik idealarını gücləndirdi. Daha sonra qeyd etdi ki, Malıbəyli və Quşçular kəndlərinin qəhrəman oğulları bu gün də erməni qəsibkarlarına qarşı cəsarətlə vuruşmağa hazırdılar.