Respublika Gənclər Günü

   1 fevral 2020-ci il tarixində məktəbimizdə „ Respublika Gənclər Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Vahid Muradov çıxışında qeyd etdi ki, Azərbaycan gənclərinin ictimai-siyasi həyatda rolu artmaqdadır.

  Təşkilatçı Sabir Şahhüseynov vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən etibarən hər il fevralın 2-ni Respublika Gənclər Günü elan olunması müasir gəncliyimiz üçün stimul rolunu oynadı.

    Direktor müavinləri Mahnur Cəfərova və Şəlalə Fətiyeva, riyaziyyat müəllimi Asəf  Heydərov, XI sinif şagirdi Maqsud Hüseynov qeyd etdilər ki, gənclərin ölkənin ictimai-siyasi həyatındakı fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi , gənc istedadlara dövlət qayğısının artırılması dövlətimizin diqqətindədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi