20 Yanvar

         18 yanvar 2020-ci il tarixində məktəbimizdə “20 Yanvar-Ümumxalq Hüzn Günü”-nə həsr edilmiş tədbir keçirildi.O qanlı gecədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Məktəbin direktoru Vahid Muradov, təşkilatçı Sabir Şahhüseynov, tarix müəllimi Nübar Əsgərova çıxış edərək bildirdilər ki, Azərbaycan xalqı 1990-cı il 20 yanvar tarixində öz azadlıqlarını tələb edərkən Rus imperiyası xalqa divan tutdu. Onlar zirehli texnikadan istifadə edərək dinc əhalini qətlə yetirdilər. Bakıda bir gecədə 131 nəfər öldü, 744 nəfər yaralandı.

    Matəm tədbirində məktəbin şagirdləri şeirlər söylədilər, səhnəciklər göstərdilər.

    Məktəbin ibtidai siniflərində də “ Qanlı Yanvar Günü”-nə həsr edilmiş tədbirlər təşkil olundu. Azyaşlı məktəblilər də bu faciə ilə bağlı kədərlərini şeirlərlə, ifa etdikləri musiqilərlə bildirdilər.

    Məktəbin ibtidai siniflər üzrə direktor müavini Şəlalə Fətiyeva da çıxış edərək 20 Yanvar faciəsinin 30-cu ildönümü barədə öz təəssüratlarını bölüşdü.

   Tədbirin sonunda müəllim heyətinin və məktəb kollektivinin “Şəhidlər xiyabanı”-na ziyarəti təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi