Narkomaniyaya qarşı mübarizə

    14 Yanvar 2020-ci il  tarixində  məktəbimizdə Sabunçu rayon Polis İdarəsinin təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, yuxarı sinif şagirdləri, Sabunçu rayon Polis İdarəsinin YYCPİTB- nin rəisi, polis mayoru Əli Babayev, həmin şöbənin YYC –in işləri üzrə baş inspektoru polis mayoru İbrahim Məmmədov iştirak etdilər.

  Bütün dünyaya bəla olan narkomaniyaya qarşı mübarizə barədə məktəbin direktoru Vahid Muradov çıxış etdi. Məktəbin təşkilatçısı Sabir Şahhüseynov müasir dövrümüzdə insanlıq üçün böyük bəla sayılan bu sağalmaz xəstəliyin fəsadları haqqında söhbət etdi.

 Qonaqlar, polis mayorları Əli Babayev, İbrahim Məmmədov şagirdlərə narkomaniyanın fəsadları, onun gətirdiyi bəlaları öyrənməyə, məlumatlanmağa çağırdı. Bu “ağ ölüm“ ün yeniyetmələrə yol açmaması, gənc nəsli zəhərləməməsi üçün , onların gözüaçıq olmaları, pis vərdişlərdən uzaq olmağı, onları heç zaman yaxın buraxmamaları üçün geniş və müfəssəl məlumat verdilər. Onları sağlam gəncliyə doğru addımlamağa, təhsilə maariflənməyə çağırdılar.

Hər bir gəncin Azərbaycan üçün sağlam ruhda böyüməsi, narkomaniyanın ağırlıqları, fəsadları, gətirdiyi bəlalar barədə daim məlumatlı olmağı tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi