NÜMUNƏVİ DƏRS
25.12.2019 -cu il tarixində İngilis-dili fənnindən VIa sinfində nümunəvi dərs keçirilmişdir.
Dərsin mövzusu: Unit4. Lesson 3.”A Friend or an Enemy”? standartlar 1.1.2,3.1.1,2.1.3,3.1.4
Dərsin məqsədi: tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi , müəllimin səriştəlilik və peşəkarlıq səviyyəsini öyrənmək , şagirdlərin bilik , bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyətinin öyrənilməsidir. Dərsdə müəllim Hüseynova Aytən nəzərdə tutulan dərs planını yerinə yetirərək, dərsdə inkişafetdirici, öyrədici və dərsin tələblərinə uyğun təlim mühiti yaratmışdır. Şagirdlərin təhliletmə, təqdimetmə və ümumiləşdirmə bacarıq və vərdişlərinin səviyyəsi qənaətbəxş hesab edilsin. Dərsin təhlilində məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Mahnur qeyd etdi ki, dərsin mərhələləri standartlara uyğun və düzgün təşkil olunmuşdur.