QİÇS
Məktəbimizdə “1 dekabr QİÇŞ-ə qarşı Beynəlxalq mübarizə günüdür” mövzusuna dair maarifləndirici söhbətlər aparıldı.
Təşkilatçı Sabir Şahhüseynov çıxış edərək qeyd etdi ki, QİÇS-qazanılmış immunitetçatışmazlığı sindromu deməkdir. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Surəddin Ağamalıyev vurğuladı ki, QİÇS epidemiyası insan həyatı üçün təhlükə törədən bəlaya çevrilib. Məktəbin direktoru Vahid Muradov, direktor müavinləri Mahnur Cəfərova və Şəlalə Fətəliyeva bildirdilər ki, QİÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətlərində ehtiyatlı olmaqdır.