Dövlət Bayrağı Günü

       Noyabr ayının 8-i Respublikanın hər  yerində olduğu kimi, 295 nömrəli  tam orta məktəbdə də silsilə tədbirlər təşkil edildi. Divar qəzetləri hazırlandı. Şagirdlər bayrağa aid şeirlər  söyləyib, kompazisiyalar təqdim etdilər. Bayraq gününə həsr edilmiş videoçarxlar hazırlandı. Bundan başqa Sabunçu Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsi Mədəniyyət Mərkəzinin qarşısında ” Bayraq Günü”-nə həsr edilmiş bayram paradı və veloyürüşdə məktəbimiz də yaxından iştirak etdi. Tədbirdə Sabunçu rayon İcra başçısı A.Vəliyev, Millət vəkili D.Cəbrayılova və digər qonaqlar iştirak edərək qəsəbə sakinlərini bayram münasibəti ilə təbrik etdilər.  Məqsəd gənclərin maariflənməsi, dövlət rəmzlərinə diqqətin artırılması, məktəblilərimizin vətənə layiqli övlad kimi yetişməsini gücləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi