295 N-li tam orta məktəbin şagirdləri Azərbaycan ordusuna öz dəstəyini nümayiş etdirdi

295 tam orta məktəbin şagirdləri Azərbaycan ordusuna öz dəstəyini nümayiş etmək məqsədilə tədbirə toplaşdılar.İlk öncə məktəbin direktoru, Millət vəkili Dilarə Cəbrayılova cəbhədə son günlərdə Azərbaycana qarşı ermənilər tərəfindən törədilən təxribat haqqında geniş məlumat verdi: Azərbaycan ərazisinin, xüsusilə dinc sakinlərin yaşadığı cəbhə boyu kəndlər ağır silahlardan atəşə tutulmuşdur. Bunun da qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz həmin istiqamətlərdə döyüş tədbirləri həyata keçirmişdir.Həyata keçirilən hərbi əməliyyat nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilmişdir. Bizim tərəfdən Müdafiə Naziri Zakir Həsənovun qeyd etdiyi kimi, əsas məqsəd təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi.Artıq dünyanın bütün aparıcı dövlətləri və beynəlxalq qurumları bir mənalı şəkildə Ermənistanın işğalçı siyasətini pisləməlidirlər. Əsas məsələ Ermənistanın zəbt etdiyi torpaqlardan qeyri şərtsiz geri çəkilməsidir. Ermənistan tərəfi son döyüşlərdəki məğlubiyyətlərindən nəticə çıxarmalıdır. Onlar artıq Azərbaycan ordusunun nəyə qadir olduğunu gördülər.Hörmətli Prezidentimizin başçılığı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat barədə ətraflı izah verildi. İclasda İlham Əliyev cənabları qeyd etdi ki, həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu nəticələr əldə etmək imkanı yarananda Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ müharibəsi dalğasında Ermənistan hakimiyyətinə gəlmiş separatçı qüvvələr müxtəlif təxribatlara əl atır və günahı Azərbaycanın üstünə yıxmağa çalışırlar.Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə Azərbaycan ordusu hazırda bölgənin ən güclü ordusudur və bunu dəfələrlə erməni təxribatının qarşısının alınmasında sübut edib. Nəzərə alsaq ki, BMT-nin nizamnaməsi də bizə öz torpaqlarımızı hərbi yolla azad etmək hüququ verir, hörmətli Prezidentimiz dəfələrlə qeyd edib ki, biz məsələni beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə edib hər iki tərəfdən gənc insanların ölməsini və anaların gözünün yaşlı qalmasını istəmirik. İstənilən an torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə əskərlərimizin yanındayıq. Erməni təxribatına verilən bu tutarlı cavab Azərbaycan Prezidentinin - “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu vardır” sözlərini bir daha əyani olaraq sübut etdi.”Çıxışdan sonra məktəbin GÇQH-nın rəhbəri Elşən Vəliyev düşmənlə təmas xəttində gedən döyüşlər, ərazilər, kəndlər haqqında şagirdlərə əyani olaraq məlumat verdi.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini A.Xalidə müəllim, təşkilatı işlər üzrə direktor müavini R.Zülfiyyə müəllim, kitabxana müdiri C.Kəmalə baş verən hadisələrlə əlaqədar öz fikirlərini şagirdlərlə bölüşdülər.Sonda tədbir şagirdlərin vətənpərvərlik mövzusuda şerləri ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi