Müstəqillik Günü
Oktyabr ayının 18-i 295 nömrəli tam orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd edildi. Tədbir himnin səsləndirilməsi ilə başlandı. Yuxarı sinif şagirdləri ilə dəyirmi masa ətrafında mühazirə təşkil edildi. Məktəbin tarix müəllimləri S.Esmira və A.Sahil çıxış edərək “Müstəqillik Günü” haqqında ətraflı məlumat verdilər. Daha sonra Dövlət Müstəqilliyi gününə həsr edilmiş videoçarx nümayiş etdirildi. Məktəbin ibtidai sinif şagirdləri də müxtəlif kiçik kompozisiyalar hazırlamış, rəsmlər çəkmiş, divar qəzetləri tərtib etmişdirlər. Tədbir maarifləndirmə xarakter daşıyır.