“31 MART Azərbaycanlıların soyqırımı”

30 mart 2016-cı il tarixində Bakı şəhəri 295 N-li tam orta məktəbin şagirdləri və Quba Texniki Təmayüllü Liseyin şagirdləri ilə “31 MART Azərbaycanlıların soyqırımı” gününə həsr olunmuş açıq dərs keçirildi.Açıq dərsdə 1918-ci ildə Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım haqqında məlumat verildi.Məktəbin kollektivini heyrətləndirib və həyəcanlandıran isə 295 N-li məktəbin 11-ci sinif şagirdi Hüseynov Rüstəmin balabanda “Sarı gəlin”i ifa etməsi oldu.Tədbirdən sonra Quba şəhər Texniki Təmayüllü Lisey və Bakı şəhəri 295 saylı məktəb arasında AzərbaycanRespublikası Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi “İlboyu bilik” proqramı çərçivəsində “Qardaşlaşma haqqında” saziş imzalanıb.Sonra isə şagirdlər Quba soyqırımı memorial kompleksini ziyarət ediblər.Millət vəkili Dilarə Cəbrayılova tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki,bu kimi tədbirlərin şagirdlər arasında keçirilməsi şagirdlərin tarixi həqiqətlər ,soyqırımı dəhşətləri haqqında daha dərindən öyrənməsində köməklik göstərir və onların vətənpərvərlik ruhunu möhkəmləndirir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi