ÖLKƏMİZİ TANIYAQ

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında respublikamızın ayrı-ayrı bölgələrini, daha yaxından tanış olmaq məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında olduğu kimi Sabunçu rayonunda da IX-XI sinif şagirdləri üçün tur ekskursiyalar təşkil edildi.Rayonda yaşayan və təhsil alan 14 nəfər şagird və rəhbər işçidən (cəmi 15 nəfər) ibarət qrup yaradıldı.Təşkil olunmuş tur ekskursiyasiyasında 295 nömrəli tam orta məktəbin şagirdləri də iştirak etdilər. Tur iştirakçıları üçün xüsusi forma və rayon haqqında maraqlı məlumatları özündə əks etdirən bukletlər hazırlanmışdır.16 mart 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Sabunçu şagirdlərininin müəyyən olunmuş qrafik üzrə Naxçıvan Muxtar Respublikasına təntənəli yolasalma mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, müavinlər, qərargah üzvləri, valideynlər və şagirdlər iştirak edirdi.Şagirdlər üçün təşkil olunmuş tur ekskursiyanın I mərhələsi mart ayının 19-dək davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi