Narkomaniyaya yox deyək

       Sentyabrın 26-sı 2019-cu il tarixində 295 nömrəli tam orta məktəbdə Sabunçu Rayon Polis İdarəsinin təşəbbüsü ilə məktəbin yuxarı sinif şagirdləri ilə görüş təşkil olunaraq “Narkomaniyaya yox deyək” adlı tədbir təşkil edildi. Tədbirdə məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova, Polis İdarəsinin rəisi, polis polkovnik Eldar İlyasov, Bakı Şəhəri BPİ İc. Tİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki təşkili bölməsinin rəisi polis polkovnik-leytinantı Məryəm Ömərova, rayon İH-nin nümayəndəsi Ədalət Teymurov, İdman Gənclər İdarəsinin rəisi  Rakif Əliyev və Bakı şəhəri 8 saylı şəhər xəstəxanasının həkimi Cəfərova Sevinc iştirak  etmişdir. Tədbirdə iştirak edən qonaqlar narkomaniyanın yayılması, fiziki və mənəvi  təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı çıxışlar etmişdirlər. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olunmuşdur. Sonda məruzəçilər tərəfindən narkomaniya  ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Tədbir maarifləndirmə məqsədi ilə təşkil edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi