Bilik günü

      16 sentyabr 2019-cu il tarixində Respublikanın bütün məktəblərində olduğu kimi  bizim də məktəbimizdə ”Bilik Günü“  qeyd olundu. Tədbir himnin səsləndirilməsi ilə başlandı. Tədbiri açıq elan etmək üçün məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova çıxış edərək məktəbə yeni qədəm qoyan birinciləri və bütün digər şagirdləri, o cümlədən müəllim kollektivini ürəkdən təbrik edib onlara yeni dərs ilində uğur arzu etdi. Həmçinin tələbə adını qazanmış məzunları  məktəb qarşısında elan edərək onları bir daha təbrik etdi. Daha sonra tədbir 11-lərin çıxışı ilə davam etdirildi. Sonra tədbirimizin bəzəyi olan birincilər şeirlər söylədilər. Nəhayət yeni dərs ilinin ilk zəngi  səsləndirildi. Biz də 2019-2020-ci tədris ilində “Bilik günü” münasibəti ilə bütün müəllim və şagird kollektivini ürəkdən təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi