Son zəng
14 may Respublikanın hər yerində olduğu kimi məktəbimizdə də möhtəşəm Son zəng tədbiri təşkil edildi. Tədbir himnin səsləndirilməsi ilə başlandı. 9-cu və 11-cu sinif şagirdləri səhnəyə dəvət edildi. Məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək tədbiri açıq elan etdi. Tədbirdə məktəbin 11 A sinif şagirdləri şeirlər, mahnılar, rəkslər və maraqlı səhnəciklər nümaiş etdirərək, tədbirin daha da gözəl keçməsinə səbəb oldular. Həmçinin 15 iyun “Qurtuluş Günü “-də yad edilərək meydana Azərbaycan Respublikasının Dövlət bayrağı təntənəli şəkildə gətirildi. Sonda şagirdlərin gözyaşları ilə sonuncu zəng səsləndi. 2018-2019-cu tədris ilinin bütün məzunlarını ürəkdən təbrik edir, onlara gələcək həyatlarında uğur arzu edirik.