Beynəlxalq Uşaqlar Günü

          1 iyun –Beynəlxalq Uşaqların Müdafiəsi Günü məktəbimizdə geniş formada təşkil edildi. Tədbirdə bütün siniflər, xüsusilə də ibtidailər yaxından iştirak etdilər. Məktəbin direktoru çıxış edərək tədbiri açıq elan etdi. O öz çıxışında balacalarımızı təbrik edib, onlara gələcək həyatlarında uğur arzu etdi. Tədbir şagirdlərin maraqlı çıxışları ilə davam etdi. Onlar müxtəlif nağıl qəhrəmanlarının obrazlarını canlandırmaqla tədbirə gözəllik qatdılar. Biz də bütün uşaqları ürəkdən təbrik edir, üzlərindən gülüş, gözlərindən sevinc  əskik olmasın deyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi