Valideynin məktəbdə bir günü
31 may məktəbimizdə “Valideynin məktəbdə bir günü ” adlı tədbir keçirildi. Məktəbin direktoru D.M.Cəbrayılova valideynlərlə söhbət edərək, il ərzində məktəbimizdə görülən işlərdən danışdı. Valideynləri məktəbdaxili nizam-intizam qaydaları ilə tanış etdi. Sonra valideynlər məktəbi gəzərək, müxtəlif fənlər üzrə dərslərin gedişini izlədilər. Daha sonra şagirdlərin tədbir üçün hazırladıqları müxtəlif kompazisiyalara tamaşa etdilər. Məqsəd valideynləri öz övladlarının təhsil aldığı müəssə ilə tanış etmək, məktəb-valideyn münasibətlərini qura bilməkdir.