"Əbədi ezamiyyət"

"Əbədi ezamiyyət" filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb."Qərib məzarlar" kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. "Əbədi ezamiyyət" sənədli filmi və "Qərib məzarlar" kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur. Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün kəşməkəşli bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub. Nəticədə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilib. Lakin gənc respublikanın dünya birliyi tərəfindən tanınması o qədər də asan başa gəlməyib. Məlum olduğu kimi, Birinci Dünya müharibəsinin başa çatması ərəfəsində beynəlxalq aləmdə gedən qlobal proseslərə siyasi qiymət vermək məqsədilə Paris Sülh Konfransının çağırılması qərara alınıb.Azərbaycan Xalq Cümhuriyyəti də xalqımızın milli dövlət quruculuğu sahəsində gördüyü işlər barədə məlumat vermək, yeni dövlətin məqsəd və məramını dünya liderlərinin diqqətinə çatdırmaq, xüsusən Azərbaycanın müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq məqsədilə 1919-cu ilin yanvarında Paris Sülh Konfransına nümayəndə heyəti göndərib. Təxminən bir illik mübarizədən sonra Paris Sülh Konfransı 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb və bu mühüm uğur yanvarın 14-də Bakıda böyük bayram təntənələri ilə qeyd edilib.Lakin bir neçə ay sonra bolşevik Rusiyasının hərbi müdaxiləsi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib və Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti Vətənə dönə bilməyib. Parisə müvəqqəti səfər əbədi ezamiyyətə çevrilib. Azərbaycan tarixinin yaşadılması, ölkəmizin tərənnümü, xeyirxah və humanitar layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan sənədli film və kitab-albom mühüm və dəyərli layihə kimi məktəbimizin müəllim və şagirdləri tərfindən qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi