Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət!

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilmişdir. 295 nömrəli tam orta məktəbdə də bu gün münasibətilə “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət!” adlı tədbir keçirildi.Tədbiri giriş sözləri ilə açan məktəbin direktoru, Milli Məclisin Millət vəkili Dilarə Cəbrayılova bildirdi ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən və bu dildə səlist, fikirlərini sərbəst, aydın şəkildə ifadə etmək bacarığına malik şəxsiyyət idi.Ulu öndərin söylədiyi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” müdrik kəlamı ana dilimizə olan sevgi və hörmətinin ifadəsidir. Dahi rəhbər tərəfindən əsası qoyulan dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.Tədbir məktəblilərin ana dilinə həsr olunmuş gözəl şeirlərlə, bədii əsərlərdən seçilmiş nümunələrlə davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi