“Nardaran qəsəbəsi 295№li tam orta məktəbin şagirdlərinin Bilik Fonduna təşəkkür məktubları”

Salam!Mən Rzazadə Fatma 295№li tam orta məktəbin IXc sinifində oxuyuram.Bilik Fondunun 25.01.2016-cı il tarixində təşkil etdiyi AMEA-da olan sərgidən çox gözəl təssürratlarım oldu. AMEA-da təşkil olunan sərgidən çox şey öyrəndim .Bu sərgidə həm kimya, fizika,həm də ədəbiyyat , tarixə aid çoxlu kitablar var idi.Həqiqətən bu sərgidə iştirak etdiyimə görə çox xoşbəxt oldum.Çünki bizi maraqlandıran tariximizə ,texniki fənnlərə aid ətraflı məlumatlar öyrəndik.Bu da bizim dünya görüşümüzü daha da zənginləşdirdi. AMEA-nın kitabxanasında olduq və orada həm azərbaycan ədəbiyyatına,həm də xarici ədəbiyyata aid çoxhəcmli kitablarımız var idi.Əminəm ki,sinif yoldaşlarımın hər biri, həmçinin mənim də kitab oxumağa marağım daha da artdı. Növbəti gəzintimiz Azərbaycanın XVIII əsrinə aid sarayı –Şirvanşahlar sarayında oldu.Bu sarayda öyrəndiyim çox məlumat oldu.Biz burada Azərbaycanın,vətənimizin necə zəngin tarixinin, mədəniyyətinin olduğunun şahidi olduq.Burada tariximizə aid çoxlu məişət əşyaları,qədim pullar və şah sarayında olan əntiq əşyalar,qədim xalçalar bizi valeh etdi.Bu gəzintidə həmin sarayın 1918-ci ildə 31 martda baş vermiş soyqırımda saray divarlarında güllə izlərinin gördüm və mənə çox təsirli və maraqlı gəldi.Mən məktəbimizin şagirdləri adından Bilik Fondunun rəhbərliknə və əməkdaşlarına təşəkkürmüzü bildirirəm. “Belə görüşlərdə hər dəfə əmin oluram ki,Azərbaycanda işıqlı gənclər yetişir.İnanıram ki,belə tədbirlər ölkəmizin gözəl guşələrindən olan Nardaran kimi bölgələrimizdə Azərbaycan naminə mənəviyyatımızın,mədəniyyətimizin,dilimizin,ədəbiyyatımızın inkişafına öz töhfəsini verəcək”-bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görüşümüz zamanı multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri,akademik Kamal Abdullayev bizə dedi.İlk dəfə idi ki,belə görkəmli bir şəxsin söhbətini dinləyirdik.Həqiqətən də maraqlı və faydalı fikirlər eşitdik.Kamal müəllimin tövsiyyələri və bizi kitab oxumağa səsləməsi bizdə bədii ədəbiyyata marağın daha da artmasına səbəb oldu.Fikirləşirəm ki,eyniylə bizim kimi digər şagird yoldaşlarım da daha da çox kitab oxumağa həvəs göstərəcək.Bizim üçün xoş olan məqamlardan biri isə,Kamal müəllimin özü yazdığı “Tarixsiz gündəlik” adlı kitabını bizə hədiyyə etməsi oldu.Mərkəzdə söhbətlə yanaşı bizim ekskursiyamız da baş tutdu.İçərişəhərdə yerləşən Şirvansahlar sarayında bir çox yeni məlumatlarla tanış olduq.Bu gəzinti bizə tariximiz haqqında yeni məlumatlar əldə etməyə imkan yaratdı.Bizim üçün belə gözəl və yadda qalan günü təşkil edənlərə bir daha təşəkkürümüzü bildiririk.İstərdik ki,bu cür ekskursiyalar məktəblilər üçün tez-tez təşkil olunsun. X sinif şagirdləri: Balağazadə Rəhimə Xudaverdiyeva Əfsan Bilik Fondunun təşkilatçılığı ilə məktəbimizin şagirdləri AMEA-nın 70 illik yubileyi münasibətilə akademiyanın elmi bölmə və institutlarının keçirdiyi sərgidə iştirak etdi.İlk dəfə olduğum akademiyadan təssürratlarım böyük oldu.Biz orada AMEA-nın Azərbaycan elminə verdiyi tövhələrdən,bütün elmləri əks etdirən məlumatlardan geniş bilgi aldıq.Bizim elmlərə aid marağlandığımız suallar alimlər tərəfindən cavablandırıldı.Daha sonra biz “Tusi-Bəhm” Planetariuma yollandıq.Burada biz sanki kosmosu səyahət etdik,planet və ulduzlar haqqında maraqlı məlumatlar aldıq.Orada keçirilən müsabiqədə fərqləndiyimə görə hədiyyə qazandım.İkinci ekskursiyamız İçəri şəhərdən başladı.Biz sanki qədim dövrə səyahət etdik.Sarayın həm xarici və həm də daxili görünüşü,tarixiliyi bizi valeh etdi.İçəri şəhər ilə vidalaşıb,üz tutduq “Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinə”.Burada bizim multikultitalizm haqqında olan anlayışımız daha da genişləndi.Dövlət müşaviri,akademik Kamal Abdullayev söylədi ki,”İnsanın hansı millətdən olduğunun fərqi yoxdur.Əsas odur ki,o,humanist,mədəni insan olsun”.Sonda xatirə şəkilləri çəkdirdik.Bizə Multikulturalizm Mərkəzindən xatirə olaraq hədiyyələr verildi.Hər iki ekskursiyamız yadda qalan,ürəkaçan və xoş keçdi.Bu görüşlər hər birimizin yaddaşında xüsusi izlər buraxdı və xoş xatirələrlə yadda qaldı.Hər birimizin adından Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin,Bilik Fondunun və AMEA –nın bütün əməkdaşlarına öz və dostlarım adından xüsusi təşəkkürümü bildirirəm.Düşünürük ki,bu görüşlər son olmayacaq. IXa sinif şagirdi: Xanmmədova Lalə
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi