Bilik Fondu məktəbimizin şagirdlərini təltif etdi

Bilik Fondu Beynəlxalq Şagird Konfransının iştirakçıları olan məktəbimizin şagirdləri təltif edildi. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və aparat rəhbəri İsaxan Vəliyev yanvarın 15-də məktəbimizdə qonaq oldular. Məktəbin müəllim və şagird kollektivinə Bilik Fondunun həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verildi. Fondun rəsmiləri tədbir iştirakçılarına yaxın gələcəkdə qəsəbədə Bilik Evinin fəaliyyətə başlayacağını bildirdilər. Fondun fəaliyyətini yaxından izlədiyini vurğulayan məktəbimizin direktoru Dilarə Cəbrayılova şagirdlərimizin “Qardaşlaşmış məktəblər” layihəsində iştirak etmək arzusunda olduqlarını bildirdi. Görüşdə müəllimlər və şagirdlər maraqlı təkliflər irəli sürdülər, Nardaran məktəblilərinin Fondun layihələrində yaxından iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı. Sonda Bilik Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Şagird Konfransının iştirakçıları olan məktəblilərə təşəkkürnamələr təqdim edildi.Nardaran məktəbliləri dekabr ayında AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Bilik Fondunun təşkilatçılığı ilə keçirilmiş “Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits–200” Beynəlxalq Şagird Konfransında fəal iştirak etmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi