Azərbaycan naminə apardıqları məsul, şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.

Ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu gənclərimizin şəxsi inkişafı və maariflənməsi , dünyagörüşünün formalaşması ,milli-mənəvi dəyərlərin, dini dəyərlərin təbliğ edilməsi, humanitar biliklərin artması , müxtəlif millətlərin mədəniyyətlərinin inteqrasiyası istiqamətində bir çox tədbirlər həyata keçirməkdədir. Artıq bir neçə aydır ki, Nardaranda yerləşən 295nömrəli tam orta məktəb Bilik Fondu ilə əməkdaşlıq edir. Biz bu əməkdaşlığdan böyük məmnunluq duyuruq. Məktəbimiz Bilik Fondun təşkilatçılığı ilə bir sıra tədbirlərdə iştirak etmişdir. Fevralın 13-də məktəbimizin şagirdləri Bakı Slavyan Universitetinində Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində keçirilən Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin “Qardaşlaşma sazişi ”nin imzalanması mərasimində musiqili kompozisiya ilə qonaq qismində iştirak etdilər.Tədbir hər birimizin yaddaşında xoş təssüratlarla yadda qaldı. Azərbaycanda əsrlərdir ki, müxtəlif millətlər, xalqlar, müxtəlif inanclı insanlar, müxtəlif dinin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşamaqdadır. Bütün humanist dəyərlər : mədəni yaşam tərzi, əxlaqi dəyərlər, qonaqpərvərlik, müxtəlif millətlərə və mədəniyyətlərə hörmətlə yanaşma və bir çox mənəvi cəhətlər bizim xalqımızda cəmləşmişdir. Bu layihədə iştirak edən hər bir insan Azərbaycanda multikulturalizmin yüksək dərəcədə təmsil olunduğna əyani şahidi oldu. Xüsusən də başqa xalqların nümayəndələrinin və qardaşlaşmış məktəblərin məktəblilərinin türk musiqisinin sədaları altında öz şəxsi iradələri ilə dostluq, doğmalıq, qardaşlıq rəqsi çox qürur verici və təsirləndirici idi. Bu, dünyaya gələciyin qurucuları tətəfindən sülhə, əmin-amanlığa çağırış idi.Bir pedaqoq və Millət vəkili kimi sevinirəm ki, fərqli mədəniyyətlərə , adət-ənənələrə malik olan məktəblilərin arasında daha bir dostluq körpüsünün əsası məhz bizim dövlətimizdə qoyuldu. Bu günün məktəbliləri gələcəyin, qurucuları, dövlət xadimləri, diplomatları, alimləri, mədəniyyət xadimləridir. Gələcəyə böyük inam hissi ilə vurğulamaq istərdim ki, bu gün “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində məktəblilər arasında yaranan bu dostluq, qardaşlıq körpüsü gələcəkdə çalışıb, fəaliyyət göstərdikləri sahələrə qədər uzanar.Dövlətimizdə həyata keçən bütün bu tədbirlər, bir daha onu göstərir ki, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” kimi elan edilməsi təsadüfü ideyanın təzahürü deyil, düşünülmüş, proqmatik və gələcəydə qazanılan uğurların davamlığnı təmin etmək üçün atılan siyasi addımdır.Son da mən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin , Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlarına öz minnətdarlığmı bildirirəm, Azərbaycan naminə apardıqları məsul, şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi