“Azərbaycanda işıqlı gənclər yetişir”

Yanvarın 29-da Nardaran məktəbliləri və ziyalıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı oldular. İlk öncə təşkilatçılar Nardaran məktəblilərini paytaxtın tarixi abidələri ilə də tanış etdilər. Şagirdlər və ziyalılardan ibarət bir qrup Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları ilə birgə şəhər gəzintisinə çıxdılar. Qəsəbə məktəbliləri və müəllim kollektivi İçəri Şəhər, Qız qalası, Şirvanşahlar sarayı, Art qalereya, Miniatür Kitab Muzeyi ilə tanış oldular.Şagirdlər ekskursiyadan böyük zövq aldılar, xeyli yeni məlumatlar əldə etdilər.Sonra Nardaran məktəbliləri və ziyalıları Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevlə görüşdülər. Dövlət müşaviri tədbir iştirakçılarına ölkədə gedən inkişaf və quruculuq işləri barədə məlumat verdi: “Bütün bunlar xalqımızın canında-qanında olan yaratmaq həvəsi və Prezident İlham Əliyevin bu yaratmaq prosesinə rəvac verməsi nəticəsində mümkün olur”.Səmimilik şəraitində keçən görüşdə Dövlət müşaviri Azərbaycan ədəbiyyatında multikultural dəyərlərin öz ifadəsini tapdığını qeyd edib: “Nizamidən başlayaraq, Cavidə qədər Azərbaycan ədəbiyyatı eşq üstündə köklənib. Bu ədəbiyyat yaşadığı bütün ictimai-siyasi dönəmlərdə irqindən, rəngindən, dinindən, dilindən asılı olmadan bütün bəşəriyyəti sevib və sevir. Eyni zamanda, bu ədəbiyyatın sahibi olan Azərbaycan xalqı digər mədəniyyətlərdə, dillərdə, tarixlərdə müsbət dəyərlər axtarıb tapan bir xalq kimi öz əvəzsiz mənəvi-əxlaqi töhfəsini ümumbəşəri dəyərlər xəzinəsinə səxavətlə daxil edir.Hüseyn Cavid “Qız məktəbində” şeirində Gülbahar adlı balaca bir qızcığazın dili ilə “Anam, babam, müəlliməm, bir də bütün insanlar” deyərək dünyanın bütün insanlarını sevdirirdi. Nardaran məktəbliləri görüşdə bədii-musiqili kompozisiya təqdim etdilər.Məktəblilər və ziyalılar görüşlə bağlı təəssüratlarını bölüşərək dövlət qurumlarında belə tədbirlərin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğuladılar.Görüşün yekununda Kamal Abdullayev bildirib ki, belə görüşlər qarşılıqlı öyrənmək baxımından çox vacibdir: “Belə görüşlərdə hər dəfə əmin oluram ki, Azərbaycanda işıqlı gənclər yetişir. İnanıram ki, belə tədbirlər ölkəmizin gözəl guşələrindən olan Nardaran kimi bölgələrimizdə Azərbaycan naminə mənəviyyatımızın, mədəniyyətimizin, dilimizin, ədəbiyyatımızın inkişafına öz töhfəsini verəcək. Bu tədbirlər, görüşlər birdəfəlik xarakter daşımır. Bu görüş ilə bir növ gələcək tədbirlərə lağım atdıq. Belə tədbirlər həm Nardaranda davam edəcək, həm Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində vaxtaşırı görüşlər təşkil olunacaq, həm də nardaranlı şagirdləri biz Azərbaycanın müxtəlif bölgələrinə dəvət edəcəyik. Güman edirəm ki, hər dəfə də Azərbaycan naminə faydalı işlərə başlayacağıq”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi