295 nömrəli tam orta məktəbin şagirdləri AMEA-da sərgidə iştirak etdilər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi yanvarın 26-da AMEA-nın qonağı oldu. Məktəblilər AMEA-nın 70 illik yubileyi ilə əlaqədar olaraq, Milli Elmlər Akademiyasının elmi bölmələri və institutlarının keçirdiyi sərgi ilə tanış oldular. Şagirdlərə bölmə və institutların fəaliyyəti, AMEA-nın Azərbaycan elminin inkişafında rolu barədə geniş bilgilər verildi.Sərgi şagirdlərin böyük marağına səbəb oldu, məktəblilər alimlərlə ünsiyyət yaradaraq, onaları maraqlandıran suallara cavablar aldılar.Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirdi ki: "Görüşlərimiz davamlı olacaq. Məktəblərdə, xüsusən Nardaranda fəaliyyət göstərən təhsil ocaqlarında alimlərin ustad dərslərini təşkil etməyi planlaşdırırıq. Bilik Fondunun "Ustad-şəyird” layihəsi var. Bu layihə çərçivəsində şagirdlərdə elmə erkən həvəs oyatmağa çalışırıq". Bilik Fondunun icraçı direktoru məktəbliləri əmin etdi ki, belə tədbirlər mütəmadi olaraq keçiriləcək.AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış alimlərin əsərləri ilə tanış olan şagirdlər zəngin məlumat aldılar.Nardaran məktəbliləri "Tusi-Bohm" Planetariumunda əsrarəngiz mənzərə ilə tanış oldular. Planetariumun meneceri Famil Mustafa şagirdlər arasında astronomiyaya dair müsabiqə keçirdi, qaliblərə hədiyyələr təqdim edildi. Kainatın yaranması haqqında film hamının böyük marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi