20 Yanvar tariximizin silinməz səhifəsidir

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu gün uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə ke¬çən gecə Bakıda sovet ordusu tərə¬fin¬dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilmişdir.Qanlı ha¬di¬sənin törədilməsində əsas məqsəd öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy¬yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını zor gücünə əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.Bu gün Azərbaycan müstəqil, suveren,demokratik dövlətdir.Bu il məktəbimizin şagirdləri 20 Yanvar hadisələ¬rinin 26-cı ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möh¬tə¬şəm məkanında Vətən uğrunda can¬la¬rını qurban vermiş mərd, igid oğul və qızla¬rımızın uyuduğu Şəhidlər xiya¬ba¬nı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilmişdir. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs¬tə¬qil¬liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi