Novruz Bayramı

Ölkəmizin ən gözəl bayramlarından olan Novruz Bayramı mart ayının 19-u 295 nömrəli tam orta məktəbdə yüksək səviyyədə qeyd edildi. Bu münasibətlə xonçalar bəzədildi, tonqallar qalandı. Məktəblilərimizin gözəl rəksləri, maraqlı kompazisiyaları tədbirimizə xüsusi şirinlik qatdı. Kosa və Keçəlin çıxışları balaca şagirdlərimizin daha çox marağına səbəb oldu. Siniflər arası xonça müsabiqəsi təşkil edildi. Beləliklə birinci yerin qalibi 2b, ikinci yerin qalibi 2a, üçüncü yerin qalibi 3b sinifləri oldu. Sonda məktəbimiz adından bütün Azərbaycan xalqının Novruz Bayramını təbrik edir, ölkəmizə sülh və əminamanlıq arzu edirik.