Mülkü Müdafiə günü

1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə 295 nömrəli tam orta məktəbdə tədbir təşkil edilmişdir. Məktəbin 9-cu sinif şagirdləri ilə təşkil edilmiş bu tədbirdə fövqəladə hallar zamanı baş verən müxtəlif hadisələrdən müdafiə olunma və belə hadisələr zamanı yaranmış təhlükənin vaxtında qarşısının alınma yolları əyani şəkildə nümayiş etdirilmişdir. Tədbirin məqsədi fövqəladə halların yarandığı zaman şagirdlərimizin özlərini müdafiə edə bilməsi və yaranmış təhlükənin vaxtında qarşısını ala bilmələr üçün maarifləndirilməsidir.