Xocalı faciəsinin 27-ci ildönümü

26 fevral xalqımızın dəhşətli faciələrindən olan Xocalı faciəsinin 27-ci ildönümü məktəbimizdə də qeyd edildi. Bu münasibətlə məktəbdə bir sıra silsilə tədbirlər həyata keçirildi. Xocalı şagirdlərimizin gözü ilə adlı rəsimlər çəkildi, divar qəzetləri, videoroliklər hazırlandı. Mövzuya uyğun inşalar yazıldı. Nəhayət məktəb daxilində geniş tədbir təşkil edildi. Tədbir himnin səsləndirilməsi ilə başlandı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin 3a sinif şagirdləri tədbirdə kiçik kompozisiyalar, şeirlər, vətənpərvər ruhda musiqilər səsləndirdilər. Onların kiçik ürəklərində olan Vətən sevgisi, düşmənə qarşı nifrət , əsl vətənpərvər vətəndaş kimi formalaşmaları aydın hiss olunurdu. Məqsədimiz şagirdlərimizə tariximizi unutdurmamaq, Vətənimizi daha çox sevdirməkdir. Allah şəhidlərimizə rəhmət etsin!