Valideynin məktəbdə bir günü

Fevral ayının 22-si 295 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü ” tədbiri verilən proqrama uyğun olaraq təşkil edildi. Bir gün ərzində məktəbdə olan valideynlər övladlarının təhsil aldığı tədris ocağı ilə yaxından tanış oldular. Məktəbin kitabxanası, idman zalı, akt zalı, sinif otaqları ilə əyani tanış oldular. Müxtəlif dərsləri müşahidə etmək imkanları yaradıldı. Bakı Şəhər Təhsil İdarəsinin Təlimə dəstək mərkəzinin əməkdaşı Rövşən Qasımov məktəbimizin qonağı olmuş və valideynlər üçün seminar keçirtmişdir. Daha sonra bütün valideynlər akt zalına dəvət edilərək şagirdlərimizin hazırladıqları kiçik kompozisiyalara tamaşa etdilər. Məktəbin təlim- təhsilindən, övladları üçün yaradılmış gözəl şəraitindən məmnun qalan valideynlər öz razılıqlarını bildirdilər. “Valideinlərin məktəbdə bir günü” tədbiri, məktəb-valideyn münasibətlərinin daha da gücləndirilməsinə və şagirdlərin naliyyət keyfiyyətinin yüksəlməsinə təsir edən amil olacağına inanırıq.