Ana dilimiz-sərvətimiz, milli qürurumuzdur

21 fevral Beynəlxalq “Ana Dili Günüdür”. Bu münasibətlə məktəbimizdə “Ana dilimiz –sərvətimiz, milli qürurumuzdur” adlı geniş tədbir təşkil edildi. Tədbir himnin səslənməsi ilə başlandı. Tədbiri açıq elan edən məktəbin direktoru D.M.Cəbrayılova Ana dili günü münasibəti ilə hər kəsi təbrik etdi, şagirdlərimizə dilimizin qədrini bilməyi və onu gələcək nəsillərə olduğu kimi ötürmələrini tövsiyyə etdi. Tədbir boyu şagirdlərimiz ana dilimizə həsr edilmiş şeirlər ifa etmiş, rəkslər, səhnəciklər, musiqilərlə çıxış etmişdirlər. Tədbirdə yaxından iştirak edən ana dili və ədəbiyyat müəllimləri Əsədova Səidə və Mustafayeva Aysel dilimizin gözəlliyinə həsr edilmiş, öncədən hazırladıqları videoroliki təqdim etdilər. Tədbir maarifləndirici məqsəd daşıyırdı. Doğma ana dilimizin bizim üçün həqiqətən də müqəddəs bir sərvət olduğunu şagirdlərimizə çatdırmağa çalışdıq.