Valideynin məktəbdə bir günü

       Fevral ayının 8-də, 295 nömrəli tam orta məktəbdə ”Valideynin məktəbdə bir günü”  təşkil edildi. Günün bir neçə saatı məktəbdə olan valideynlər məktəblə əyani olaraq tanış oldular. Onlar övladlarının dərslərində oturaraq dərsləri müşahidə etdilər. Sonra məktəbin kitabxanası, akt zalı və idman zalı ilə tanış oldular. Akt zalı ilə tanışlıq zamanı, məktəblilərimizin hazırladıqları kompazisiyaları böyük maraqla qarşıladılar. Təmirdən yeni çıxmış məktəbimizin gözəlliyi, rahat şəraiti valideyinləri çox sevindirdi. Sonda məktəbin direktoru Dilarə Cəbrayılova valideynlərlə “Məktəb-valideyn” münasibətlərindən danışdı. O bildirdi ki, “Məktəb-valideyn” münasibətləri nə qədər sıx olarsa,  şagirdlərin nailiyyətinə, məktəb təhsilinin keyfiyyətinə müsbət təsir göstərər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi