Lütfi Ələsgərzadənin doğum gününün yad edilməsi

            Fevral ayının 4-ü 295 nömrəli tam orta məktəbdə azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru  Lütfi Rəhim oğlu Ələsgərzadənin doğum günü xatirəsinə həsr edilmiş mühazirə təşkil edildi. Tarix müəlliməsi Sadıqova Esmira mühazirədə Lütfi Ələsgərzadənin həyat və fəaliyyətindən danışaraq şagirdlərimizə ətraflı məlumat vermişdir. Həqiqətən də qürur duyuruq ki,  Azərbaycanın, ideyaları ilə dünya elmini zənginləşdirən, ixtiraları, nəzəriyyələri və yenilikləri ilə dünyanı heyrətə gətirən belə dünya şöhrətli alimi, tarixi şəxsiyyətləri olub. Mühazirə şagirdlərimizi maarifləndirmək məqsədi ilə təşkil edilmişdir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi