Gender zorakılığı
23 yanvar 2019-cu il tarixində məktəbimizdə "Gender Zorazkılığı" adlı tədbir təşkil edildi. Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başlandı. Tədbirdə məktəbin müəllimləri, şagirdləri, valideynlər və müxtəlif dövlət orqanlarının işçiləri iştirak etmişdir. Tədbirimizdə qonaq olmuş dövlət orqanlarının işçiləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının Hüquqları üzrə Müvəkkili Aparatının sektor müdiri Turan Cahangirova, Sabunçu Rayon Polis İdarəsinin Azyaşlıların işləri üzrə bölmə rəisi Əli Babayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin Ümumi Təhsil Sektorunun böyük məsləhətçisi Böyükağa Əhmədov olmuşdur. Tədbir boyu mövzu ilə bağlı söhbətlər aparıldı, şagirdlərimizin hazırladığı səhnəciyə tamaşa edildi. Bundan başqa məktəbimizin 11a sinif şagirdi İbrahimzadə Leyla və 10a sinif şagirdi Həsənov Əli tədbirimizin mövzusuna aid şeir yazmış və yazdıqları şeirləri ilə çıxış etmişlər. Bədii hissə başa çatdıqdan sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək, “Gender zorakılığı”nın fəsadlarından danışmış, cəmiyyətimizin baş bəlası olan mövzulardan biri olduğunu bildirmişdir. Həmçinin şagirdlərimizə bu mövzuda ayıq olmaları və ətrafda baş vermiş belə hadisələrin dərhal qarşısını almaq üçün əllərindən gələni etməyi məsləhət görmüşdür. Yalnız belə olan halda Gender zorakılığının qarşısını ala və getdikcə belə problemlərin azalmasına səbəb ola bilərik. Sonda məktəbin direktoru, millət vəkili Dilarə Cəbrayılova çıxış edərək, gender zorakılığından bir sıra nümunələr gətirdi, onların müxtəlif fəsadlarından danışdı. Sonda şagirdlərimizin mövzuya uyğun verdikləri suallar qonaqlarımız tərəfindən cavablandırıldı. Tədbirin məqsədi şagirdlərimizi və valideynləri “Gender zorakılığı ” mövzusunda maarifləndirmək olmuşdur.