20 Yanvar Qan yaddaşımız

Hər il olduğu kimi bu il də məktəbimizdə 20 yanvar faciəsinə həsr edilmiş tədbir təşkil edildi.  Tədbir himnin səsləndirilməsi ilə başlandı. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.  Tədbir boyu xalqımızın başına açılan dəhşətli oyunlardan danışıldı. 3b sinif şagirdləri vətənə, şəhidlərimizə həsr edilən şeirlərlə çıxış etdilər, xalqımızın başına gələn müsibətlərdən kiçik kompozisiyalar göstərdilər. Tədbirdə məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək, bir daha xalqımızın qan yaddaşı olan 20 yanvar hadisələrindən danışdı. Şagirdlərimizə Vətəni sevməyi, onun hər qarış torpağının qədrini bilməyi, tariximizə dərindən yiyələnməyi tövsiyə etdi. Bundan başqa yanvar ayı boyunca bir sıra hazırlıqlar görülmüş, divar qəzetləri hazırlanmış, Şəhidlər xiyabanına ziyarətlər təşkil edilmişdir.

Allah şəhidlərimizə rəhmət etsin. Amin.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi